Aprelin 9-da İsveçdə yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar ermənilərin təxribatçı hərəkətlərinə qarşı Stokholmun mərkəzində, Sergeltorg meydanında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları son günlər cəbhə xəttində gedən döyüşlərdə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Onlar "Qarabağ Azərbaycanındır", "Ermənistan, işğalı dayandır!", "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər.
Tədbirdə çıxış edənlər son günlər cəbhə bölgəsində yaşanan hadisələr barədə yerli ictimaiyyəti məlumatlandıraraq, insan itkilərinin gətirib çıxardığı bu toqquşmaların Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasət nəticəsində baş verdiyini bildiriblər. Erməni silahlılarının ağır artilleriyadan, iriçaplı silahlardan dinc Azərbaycan sakinlərinə atəş açdıqları qeyd edilib. Azərbaycan silahlı qüvvələrinin uğurlu əməliyyatları nəticəsində düşmənin hücumunun qarşısının alındığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, Ermənistan beynəlxalq hüququn normalarına məhəl qoymayaraq, 20 ildən çoxdur dinc insanlara qarşı işğalçı və terror siyasətini davam etdirir. Bu yanaşma bütün Avropa üçün təhlükə yaradır. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı, insanların zorla doğma torpaqlarından didərgin salınması yolverilməzdir. Bu məsələdə haqq və hüquq Azərbaycanın tərəfindədir. Aksiya zamanı BMT Təhlükəsizlik şurasının münaqişənin həlli ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələri diqqətə çatdırılıb, İsveç hökumətinin bu məsələdə qətiyyətli atdım atmasının vacibliyi bildirilib./Azərtac/



Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































