Füzulidə məhv edilən erməni tankı

Füzulidə məhv edilən erməni tankı

Rusiyanın Donbas separatçılarını təbliğ edən news-front.info portalının reportyoru aprelin 2-dən 5-nə qədər qanlı döyüşlərin getdiyi Füzuli rayonunda, ermənilərin nəzarətindəki ərazilərdə olub.

Virtualaz.org xəbər verir ki, rusiyalı reportyor reportajında "Dağlıq Qarabağ respublikası" kimi ifadələr işlədir və ermənilərin mövqeyindən çıxış edir. Lakin onun çəkdiyi kadrlar maraqlıdır. Belə ki, reportyor Azərbaycan ordusunun məhv etdiyi erməni tankının qalıqlarının görüntülərini və silahlı qüvvələrimizin düşməndən geri aldığı ərazilərdə apardığı istehkam işlərini lentə alıb.

Kadrlardan görünür ki, düşmənin T-72 tankı aldığı zərbədən darmadağın olub, tankdan əsər-əlamət qalmayıb. Qülləsi onlarla metr kənara uçub. Rusiyalı jurnalist erməni hərbçilərinə istinadən xəbər verir ki, T-72 tank əleyhinə raketlə vurulub. Həmin kadrları təqdim edirik.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az