Xəbər verdiyimiz kimi, aprelin 6-sı bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsinə səfər edib.
"Qafqazinfo" xəbər verir ki, cəbhəyanı ərazilərdə olan "Газетa.Ru" əməkdaşı Vladimir Derqaçev xüsusi reportaj hazırlayıb. Onun müşahidələrinə əsasən: "Azərbaycan yeganə ölkədir ki, Dağlıq Qarabağdakı gərginliyi Qafqazda sabitliyin pozulmasının təhlükəli amili hesab etmir. Bakı sakitdir və burada sərhəddə yaşanan qarşıdurmaların heç bir əlaməti yoxdur".
Vladimir Derqaçev Tərtər və Bərdədə yerli sakinlərlə, cəbhədə gedən son əməliyyatlar zamanı şəhid olan gizir Nicat Bəhruz oğlu İsgəndərovun ailəsilə görüşüb. Jurnalist reportajında erməni işğalçılarının təxribatı nəticəsində yaralanan dinc sakinlərinin də adını çəkib və onların vəziyyəti ilə maraqlanıb.
Derqaçev Nicat İsgəndərovun yas çadırında şəhidin atası ilə həmsöhbət olub. Şəhid atası rusiyalı jurnalistlə görüşdə "Oğlum döyüşüb və həlak olub. Kişi kimi, əlində silahı ilə... O, azadlığımız və Azərbaycan torpağı uğrunda şəhid olub", deyə açıqlama verib.
Vladimir Derqaçevun Tərtər və Bərdədən çəkdiyi fotoları təqdim edirik:














Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































