İsgəndər Həmidov: “Camaat isə yerindədir, heç kəs qaçmayıb”

İsgəndər Həmidov: “Camaat isə yerindədir, heç kəs qaçmayıb”

"Hazırda Tərtərdə vəziyyət sabitdir. Əhali arasında böyük ruh yüksəkliyi var, son döyüşlərdən ruhlanan Tərtər camaatı torpaqların geri alınması uğrunda axıra qədər getməyə hazırdır".

Bunu hazırda Tərtərdə olan, qardaşının, keçmiş batalyon komandiri Sərdar Həmidovun qırx mərasimində iştirak edən keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyir.

İ.Həmidov virtualaz.org-a rayondakı vəziyyətdən danışarkən bildirib ki, hazırda Goranboyun Tapqaraqoyunlu və Tərtərin Qapanlı kəndlərində atəş səsləri eşidilir: "Ümumilikdə, sakitlikdir, amma təmas xəttinə daha yaxın olan Goranboyun Tapqaraqoyunlu və Tərtərin Qapanlı kəndlərində atəş səsləri gəlir. Camaat isə yerindədir, heç kəs qaçmayıb, hamı öz iş-gücündədir. Tərtər camaatını bu cür atışmalarla qorxutmaq mümkün deyil".

İ.Həmidov vurğulayıb ki, əhalinin əhval-ruhiyyəsi çox yaxşıdır: "Hətta zarafat edirlər ki, ermənilər niyə atəş açmır, darıxırıq. Goranboylular da eyni fikirdədirlər. Onlar üçün güllə, atəş səsi layla səsi kimidir, öyrəşiblər. Atəşkəs məsələsinə gəlincə isə mənməsələnin siyasi tərəfi haqda danışmaq istəmirəm. Onu deyə bilərəm ki, torpaq uğrunda döyüş, ölüm , qələbə olmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin".

Xatırladaq ki, Tərtər batalyonunun keçmiş komandiri Sərdar Həmidov uzun sürən xəstəlikdən sonra bir müddət əvvəl dünyasını dəyişib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az