Goranboyun sərhəd kəndlərində düşmənin vurduğu ziyanın həcmi müəyyənləşdirilir.
Bunu KİV-ə açıqlamasında Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elçin Cahangirov deyib.
Onun sözlərinə görə, komissiya əməkdaşları aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin artilleriya qurğularından atəşə məruz qoyduğu Tapqaraqoyunluda araşdırma aparırlar. İlkin məlumata görə, kənddə 9 fərdi ev tamami ilə dağılıb. 39 evə qismən, 32 evə isə az ziyan dəyib. Bundan başqa iki iaşə obyekti tam, biri isə qismən dağıdılıb. Həmçinin kəndin elektrik, qaz və yol təsərrüfatına xeyli ziyan dəyib. Ermənilərin atdığı mərmilər həyətyanı sahələrə də ciddi zərər vurub.
E. Cahangirov bildirib ki, dəyən ziyan dəqiqləşdirildikdən sonra Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliklə birgə yararsız hala düşən evlərin bərpası işlərinə başlanılacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































