Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!
3 Yanvar 2025 12:19
ATƏTin Minsk qrupu həmsədrlərinin separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşü zamanı Xankəndinin mərkəzində güclü partlayışlar baş verib.
RİA "Novosti" agentliyinin Xankəndidə olan müxbiri xəbər verir ki, eyni vaxtda şəhərin kənarından pulemyot səsləri də eşidilib, havada işıqsaçan güllələr görünüb. Hadisə barədə hələlik əlavə məlumat yoxdur.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bundan əvvəl Bakıda olub. Onlar Xankəndidən sonra İrəvana gedərək, Ermənistan rəhbərliyi ilə görüş keçirəcək, regiona səfərin yekunu olaraq birgə bəyanat yayacaqlar.
Mediainfo.az