Erməni silahlıları aprelin 5-i günün ikinci yarısında və 6-sı gün ərzində də Goranboy rayonunun Tapqaraqoyunlu kəndini və həmin ərazidəki üzbəüz mövqelərimizi atəşə tutublar.
Region TV xəbər verir ki, bunun nəticəsində yaşayış məntəqəsində sakinlərə məxsus evlər və digər tikililər dağılıb, heyvanlar tələf olub. Ermənilərin bu kəndi intensiv olaraq atəşə tutmasına baxmayaraq, sakinlər evlərini tərk etməyiblər.
"Dünən burda oturmuşduq. Bax, burada. Gəldi birdən-birə mərmi düşdü, buranı dağıtdı. Amma bundan bir şey olmaz. Bu evdir, dağılar, tikilər" - deyə Tapqaraqoyunlu kəndinin sakinlərindən biri vurğulayıb.
Hazırda isə Tapqaraqoyunlular aprelin 3-nə planlaşdırılan, lakin ermənilərin təxribatı ilə əlaqədar təxirə salınan toy mərasiminə hazırlaşırlar. Bunun üçün bütün tədarük işləri də görülüb. Tapqaraqoyunlu kəndinin sakinləri onu da deyirlər ki, Azərbaycan ordusunun son günlər cəbhə bölgəsində keçirdiyi əməliyyatdan ruhlanlırlar. Onlarla torpaqlarımızın bütövlüyü uğrunda döyüşə atılmağa hazırdırlar.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















