Şəhid əsgər Hacıqabulda dəfn edilib

Şəhid əsgər Hacıqabulda dəfn edilib

Dekabrın 14-də şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü əsgər Nihad İltifat oğlu Rəhimli doğulduğu Hacıqabul rayonunda dəfn edilib.

Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, SəfərbərlikHərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış N. Rəhimli snayper gülləsinə tuş gəlib.

Dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandir və əsgər heyəti, Şirvan şəhər və Hacıqabul rayon icra hakimiyyəti başçıları, şəhidin yaxınları, vətəndaşlar iştirak edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az