FHN gəmisinin komandiri dəfn olunub

FHN gəmisinin komandiri dəfn olunub

FHN "Vixr-9" yanğınsöndürmə gəmisinin dekabrın 8-də vəfat etmiş komandiri bu gün torpağa tapşırılıb.

Apa-nın məlumatına görə, daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç bu gün Zabrat qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Fövqəladə Hallar naziri, general-polkovnik K.Heydərov və nazirliyin digər rəsmi şəxsləri iştirak ediblər.

Qeyd edək ki, dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ərazisinə ilk yaxınlaşan "Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Allah rəhmət eləsin!

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az