Şəhid əsgərimiz Tovuzda dəfn olunub

Şəhid əsgərimiz Tovuzda dəfn olunub

Ötən gün erməni silahlı bölmələri ilə döyüşdə şəhid olan Azərbaycan Ordusunun əsgəri Elşən Aydın oğlu İsmayılov bu gün dəfn edilib.

Apa-nın qərb bürosunun verdiyi məlumata görə, Füzuli istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Tovuz rayonunun Əhmədabad kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak edib. Çıxış edənlər E. İsmayılovun cəsur, vətənini sevən vətəndaş olduğunu, döyüş tapşırıqlarını daima canla-başla yerinə yetirdiyini bildiriblər. Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Allah rəhmət eyləsin!

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az