İkinci Dünya Müharibəsi veteranına avtomobil verildi

İkinci Dünya Müharibəsi veteranına avtomobil verildi

Masallı rayon Sığdaş kəndi ərazisinin Babaküçə kənd sakini, birinci qrup müharibə əlili, 1920-ci il təvəllüdlü Xankişi Babaş oğlu Xancanova "NAZLifan" markalı minik avtomobilinin açarı verildi. Bu münasibətlə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovu, icra aparatının , hüquq-mühafizə orqanlarının və qurumlarının təmsilçilərini, ictimaiyyət nümayəndələri və yaxın qohumlarını səmimiyyətlə qarşılayan ailə üzvləri onları veteranın yaşadığı evə dəvət etdilər. Qonaqlar veteranı salamladı, əhvalını xəbər aldı. Avtomobilin açarını Xankişi Xancanova təqdim edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə müharibə iştirakçılarına, o cümlədən İkinci Dünya müharibəsinin veteranlarına göstərilən dövlət qayğısından danışdı. O, müharibə veteranlarının mənzil və məişət şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində görülən işləri, bu sahədə həyata keçirilən layihələri diqqətə çatdırdı. Veterana müraciətlə dedi ki, arzumuz reallaşdı. İndi avtomobilə sahib oldunuz. Siz müharibə və böyük həyat yolu keçmisiniz. Güllə yağışından salamat çıxıb bu günə gəlmisiniz. Rayon rəhbəri Prezident İlham Əliyev cənablarının müharibə əlilləri nə göstərdiyi tükənməz diqqət və qayğıdan söz açdı və səbəbkara cansağlığı arzu etdi.
Xankişi Xancanov hərbi xidmətini 1941-1944-cü illərdə Taqanroq, Ukrayna cəbhəsindəki 816-cı atıcı polkunun tərkibində döyüşlərdə iştirak etmiş, mərdlik və şücaət göstərmişdir. Döyüşlərin birində ağır yaralanmış, birinci qrup hərbi əlil kimi ordudan tərxis olunmuşdur. Yaxası medallarla dolu Xankişi kişi xatirələrini dilə gətirib dedi ki, düşmən çox güclü və amansız idi. Lakin əsgərlərimiz əzmlə vuruşurdu, ölümdən qorxmurduq. Gənclərimizə arzu edirəm ki, Qarabağ torpağı tezliklə azad olunsun, biz də bu qələbəni görək.
Rayon rəhbəri, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qayınatasına – qocaman veterana xidmət göstərən, onun qayğısını çəkən gəlini Gülarə Xanoğlan qızı Xancanovaya xüsusi təşəkkür bildirdi.
Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Məmmədağa Şiriyev dedi ki, mən dördüncü dəfədir ki, bu evdə qonaq oluram. Təəssüf doğuran bircə hal odur ki, müharibə veteranı qocalıqdan yataq xəstəsidir. Xankişi kişi, Allah sizə o qədər ömür bəxş etsin ki, Qarabağ torpaqlarının alınması xəbərini də yaşayasınız! Veteranlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və RİH başçısı Rafil Hüseynova təşkilatımız adından minnətdarlıq edirəm.
Qeyd edək ki, 95 yaşlı müharibə iştirakçısının səhhətində problemi var. Vaxtilə bu kənddəki sovxoz təsərrüfatının inkişafında fəal olmuşdur. Əmək cəbhəsinin də veteranı sayılır. Böyük köç-külfət sahibidir. 5 oğlu, 2 qızı və 52 nəvə-nəticəsi vardır.
Veteranla görüş çay süfrəsi arxasında davam etdi.
ƏLİHÜSEYN ŞÜKÜROV

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az