Ermənilər Dağlıq Qarabağı işğal etdikdən sonra onu Ermənistanın ərazisi kimi təqdim etməyə çalışırlar. Müxtəlif beynəlxalq tədbirlərdə Qarabağ ermənilərinin rəmzi sayılan "Biz və bizim dağlar" heykəlinin şəkillərini milli stendlərində nümayiş etdirirlər. Bu da təbii ki, azərbaycanlıların narazılığına və etirazına səbəb olur.
Dağlıq Qarabağ separatçılarının rəmzi kimi təqdim olunan "Biz və bizim dağlar" adlı heykəl artıq qəza şəraitindədir. Həmçinin vətəndaşlar tərəfindən yararsız hala salınmışdır. Heykəlin arxa tərəfində çoxlu yazılar, hətta söyüş xarakterli sözlər də görmək olar. 1967-ci ildə Xankəndi yaxınlığında ucaldılan və bu günə kimi ermənilər tərəfindən "Arsaxın rəmzi" adlandırılan heykəl az qala qədim tarixi abidə və ya müqəddəs məkan sayılırdı. Onu "milli azadlıq" hərəkatının simvolu adlandıranlar da az deyildi. İndi isə həmin heykəl yerli ermənilərin etinasızlığının və təhqirlərinin hədəfinə çevrilib. Göründüyü kimi, başı gündəlik problemlərdən açılmayan sadə vətəndaşlar saxta vətənpərvərliyi unutmağa başlayıblar.
Ermənilər 1967-ci ildə inşa etdikləri heykəli tarixi abidəyə çevirməyə, bununla da Qarabağda qədim köklərə malik olduqlarını sübut etməyə çalışırlar. Lakin özləri də dərk edirlər ki, bu, növbəti erməni saxtakarlığından başqa bir şey deyil. Saxtakarlıq oğrulara və pozğunlara xas olan xüsusiyyətdir. Oğurluqla pozğunluğun ömrü isə 40 gün olur...
Qocayev Natiq (Qocaman)
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir





























.jpg)
.jpg)










.jpg)














