Abdulla Gülün mühafizəsində olan polis şəhid olub - FOTO

Abdulla Gülün mühafizəsində olan polis şəhid olub - FOTO

Bu gün Türkiyənin İğdır vilayətində baş verən terror aktında həlak olan polislərdən biri Abdulla Gülün prezidentliyi dövründə onun mühafizə xidmətində çalışıb.

Apa-nın "Vatan" qəzetinin saytına istinadən verdiyi xəbərə görə, şəhid polis məmuru Fəhmi Şahin A. Gülün prezidentliyi dövründə onun şəxsi mühafizəçilərindən biri olub. A. Gülün səlahiyyət müddəti başa çatdıqdan sonra F. Şahin İğdıra, Dilucu gömrük-keçid məntəqəsinə göndərilib.

Qeyd edək ki, bu gün səhər polisləri Dilucu gömrük-keçid məntəqəsinə aparan mikroavtobus PKK terrorçuları tərəfindən partladılıb. Nəticədə 13 polis əməkdaşı şəhid olub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az