"Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqətinin müsbət nəticələri göz önündədir. Bütün bunlar hər birimizdə bir daha əminlik yaradır ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək."
Milli Məclisin digər deputatı Rövşən Rzayev bildirib ki, Silahlı Qüvvələrimizin potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır: "Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür". Hərbçilər qarşısında çıxış edən R.Rzayev Azərbaycan əsgəri ilə fəxr etdiyini xüsusi vurğulayıb.
Millət vəkilləri ön xətdə xidmət edən əsgər və zabitlərin yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə tanış olub, işğal altında olan ərazilərimizi müşahidə ediblər. Qonaqlara ön xətdəki mövcud vəziyyət, əsgərlərin xidməti döyüş şəraiti barədə məlumat verilib.
Qeyd edək ki, bir qrup jurnalist və millət vəkillərindən ibarət nümayəndə heyəti Göygöl və Tovuz rayonlarındakı təmas xəttində xidmət aparan əsgərlərlə görüşüblər.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir





























.jpg)
.jpg)










.jpg)














