ABŞ-ın "USS Portland" desant gəmisi lazer silahını uğurla sınaqdan keçirib

ABŞ-ın  "USS Portland" desant gəmisi lazer silahını uğurla sınaqdan keçirib

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin "USS Portland" desant gəmisi lazer silahını uğurla sınaqdan keçirib.

Bu barədə CNN telekanalı xəbər yayıb.

Məlumatda bildirilir ki, 16 may tarixində Sakit okeanda keçirilən sınaqlar zamanı pilotsuz təyyarə məhv edilib. Telekanal hərbi gəminin lazer şuası ilə uçan aparatın məhv edilməsinin şəkil və videosunu yayıb.

ABŞ hərbçiləri lazer silahlarının müxtəlif təhdidlərə cavab vermək üçün daha böyük imkanlara malik olduğunu vurğulayıb. Lazer silahının gücünün nə qədər olduğu açıqlanmayıb, lakin telekanal bu gücün təxminən 150 kVt olduğunu ehtimal edib.

Qeyd edilib ki, bu silah təyyarələr və katerlərə qarşı istifadə oluna bilər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az