Hər bir vətəndaş bank kartları ilə diqqətli olmalı, telefonuna gələn SMS-lərdə olan tələb, sorğu və vədləri rədd etməli və bloklamalıdır.
Vətəndaşlara müraciəti Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb.
"Bank hesabınız təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bloklanıb. Lütfən, proseduru yenidən başladın. http://….bank»; "Bank hesabınızın təhlükəsizliyini artırmaq üçün http://…..bank kartını müvəqqəti dayandırın və ya istifadəyə davam edin"; "Təhlükəsizlik üçün bank kartınızı bloklayın http://…..bank"; "Biz üçüncü tərəf tərəfindən bank hesabınıza icazəsiz giriş aşkar etdik. Zəhmət olmasa yoxlayın. http://….bank»; “Müştərilərimizin elektron poçt vasitəsilə qeydiyyata aldığı müxtəlif məlumatların aktuallığını yoxlayacağıq. Yoxlamaq üçün http://…..bank” və s. linkə daxil olun.
Belə bir keçidə klikləməklə, fırıldaqçılar mobil telefonunuzda, hesablarınızda, proqramlarınızda və telefon yaddaşınızda saxlanılan məxfi məlumatlarınıza giriş əldə edəcəklər. Ehtiyatlı olun, bank adında təkrar və oxşar simvollardan istifadə etməklə sizi aldada bilərsiniz”, - xəbərdarlıqda deyilir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə















.jpg)










.jpg)
















.jpg)









