Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham olunan sabiq əməkdaşı Ayxan Novruzovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Ayxan Novruzov ifadəsində özünü təqsirli bildiyini deyib:
"Elan olunan ittiham üzrə özümü təqsirli sayıram. Gənc olmuşam, bir səhv etmişəm. Zərərçəkənlərə dəymiş ziyanı ödəmişəm və onlarla barışıq əldə olunub. Düşünürəm ki, artıq zərərçəkən qalmayıb. Əgər unutduğum biri varsa və ya əlavə nəsə tələb olunursa, onu da ödəməyə hazıram”.
Prosesdə ifadə verən zərərçəkmiş Oqtay Qurbanov bildirib ki, təqsirləndirilən şəxslə barışıq əldə olunub, ona dəymiş 1200 manat ziyan tam ödənilib:
“O, mənə dəymiş ziyanı tam şəkildə ödəyib. Hazırda heç bir şikayət və tələbim yoxdur. Hətta sağ olsun, özü mənimlə əlaqə saxladı və hər cür kömək etməyə hazır olduğunu dedi. Məhkəmədən xahişim odur ki, onu bağışlayasınız”.
Məhkəmə prosesi mayın 13-də davam edəcək.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon icra şöbələrindən birində icra məmuru vəzifəsində çalışmış Ayxan Nəsrulla oğlu Novruzov rüşvət almaqda və dələduzluqda ittiham olunur.
Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Ayxan Novruzova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.
Azərbaycanpolisi.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































