Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə piyadalar arasında yol hərəkəti qaydaları barədə məlumatlılığı artırmaq məqsədi ilə həyata keçirilən profilaktik tədbirlər davam etdirilir.
Təbliğatın gücləndirilməsi məqsədi ilə Sumqayıt şəhəri üzrə fəal gənc könüllülər də maarifləndirmə işinə cəlb olunublar.
Qeyd edək ki, ilkin mərhələdə tədbirlər maarifləndirici xarakter daşıyacaq və piyadalara yol hərəkəti qaydaları izah ediləcək. Növbəti mərhələdə isə qayda pozuntularına yol verən şəxslər barəsində inzibati tədbirlərin görülməsi nəzərdə tutulur. Sumqayıt şəhərində insanların intensiv hərəkət etdiyi küçə və prospektlərdə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə təbliğat-təşviqat prosesinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
Bir daha vətəndaşlara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon və qulaqlıqdan istifadə etməkdən çəkinməyi, ictimai nəqliyyata minib-düşərkən, eləcə də digər hallarda qəflətən avtomobil yoluna çıxmamağı xahiş edirik.
Məlumatı mia.gov.az yayıb.
Azərbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































