Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə əmək, məşğulluq, habelə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər və əldə olunan uğurlar qeyd edildi.
Prezident İlham Əliyev torpaqlarımızın işğal altında olduğu dövrdə bütün infrastrukturun tamamilə məhv edildiyini xatırladaraq vurğuladı ki, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərə qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısı bununla bağlı Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın əhəmiyyətini vurğuladı.
Qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında layiqli əmək üzrə 2 proqramın uğurla icra olunduğunu xatırladaraq, hazırda “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın layihəsi üzərində işlərin davam etdirildiyini dedi.
Jilber Hunqbo Azərbaycanın DOST konsepsiyası modelinin öyrənilməsinin əhəmiyyətinə toxundu, sosial sahədə həyata keçirilən islahatlarla bağlı təcrübənin bölüşdürülməsinin vacibliyini vurğuladı.
O, COP29 çərçivəsində ədalətli keçid üzrə səmərəli müzakirələrin aparıldığını dedi və bunun nəticəsi olaraq Avropa və Mərkəzi Asiya üzrə Regional İşçi Qrupunun yaradılmasını xüsusilə qeyd etdi.
Jilber Hunqbo Beynəlxalq Əmək Təşkilatının sosial məsələlərlə bağlı ölkəmizin inkişaf prioritetlərinə dəstək verəcəyini bildirdi.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
