Təqsirləndirilən jurnalist ifadə verdi

Təqsirləndirilən jurnalist ifadə verdi

"Abzas Media" cinayət işi üzrə təqsirləndirilən şəxslərin növbəti məhkəməsi keçirilib.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən jurnalistlərdən Fərid Mehralızadə ifadə verib.

O bildirib ki, "Abzas Media" saytı ilə heç bir əlaqəsi olmayıb. 2019-cu ildən 2024-cü il mayın 30-da həbs olunduğu günə qədər banklardan birində işlədiyini deyən Fərid Mehralızadə qeyd edib ki, həmçinin iqtisadi mövzuda təhlil yazıları hazırlamaqla yanaşı müxtəlif televiziya kanallarına və saytlara ekspert kimi müsahibələr verirdi. O bildirib ki, "Abzas Media" saytına da ekspert kimi müsahibə verib və bunun müqabilində hər hansı bir məbləğ almayıb.

Daha sonra məhkəmə prosesində şahidlər dindirilib.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

"Abzas Media" saytının təsisçisi Ülvi Həsənli 2023-cü il noyabrın 20-də həbs olunub. Daha sonra baş redaktor Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Fərid Mehralızadə həbs olunublar. Onlara qarşı qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. ittihamlar irəli sürülüb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az