Türkiyənin Ədirnə vilayətində yerləşən Kapıkule sərhəd-keçid məntəqəsinin 38 gömrük mühafizə orqanı əməkdaşı rüşvət alması şübhəsi ilə saxlanılıb.
Bizim.Media xəbər verir ki, sərhəd-keçid məntəqəsində işləyən bəzi gömrük əməkdaşlarının Türkiyəni tərk edən və Türkiyə ərazisinə daxil olan şəxslərdən rüşvət alması ilə bağlı şübhələr meydana gəldiyindən məntəqələrə gizli kameralar yerləşdirilib.
Buna əsasən, əldə edilən sübutlarla 38 gömrük işçisinin ünvanında aparılan axtarış nəticəsində 14 min 600 dollar, 21 min 325 avro və 89 min 800 Türkiyə lirəsi ələ keçirilib.
Bundan əlavə, rüşvət verdiyi iddia edilən 350 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Qeyd edək ki, Türkiyə ilə Bolqarıstan arasındakı Kapıkule sərhəd-keçid məntəqəsi Türkiyənin ən əhəmiyyətli və işlək quru keçid məntəqələrindən biri olmaqla yanaşı böyük tarixi əhəmiyyətə malikdir.
Azərbaycanpolisi.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































