Pirallahı rayonunda atasını bıçaqlamaqda təqsirləndirilən Ömər Soltanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesinə baxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək müttəhimin hadisəni anlamsız vəziyyətdə törətdiyini,və barəsində intensiv müşahidə altında məcburi müalicə təyin edilməsini və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini məhkəməyə təklif edib.
Məhkəmənin qərarına əsasən, Ömər Soltanov barəsində intensiv məcburi müalicə təyin edilib və cinayət məsuliyyətindən azad olunub. Onun müalicəsi Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında aparılacaq.
Hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. 25 yaşlı Ömər Soltanov münaqişə zəminində atası Famil Soltanovu yaşadıqları evdə bıçaqlamaqda şübhəli bilinir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə















.jpg)










.jpg)
















.jpg)









