30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir

30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir

Son günlərdə xeyli vətəndaşa, hətta 30 yaşı keçənlərə və hərbi xidmətə yararsız kimi qeydiyyatda olanlara da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mesaj göndərilib. SMS-də qeyd olunub ki, əgər vətəndaş Xidmətin rayon üzrə idarəsinə gəlməkdən boyun qaçırarsa, inzibati və cinayət məsuliyyəti daşıyacaq. Lakin mesajlarda çağırışın səbəbi qeyd olunmayıb.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab verib.

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 58-ci maddəsinin "b" bəndinə əsasən "Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilən vətəndaşlara növbəti tibbi müayinədən keçmək məqsədilə qeyd edilən SMS göndərilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az