Aprelin hava proqnozu ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Bakıda və Abşeron yarımadasında bəzi günlərdə 25-30 dərəcə isti olacağı, bölgələrdə bu rəqəmin 32 dərəcəyə qədər yüksələcəyi qeyd edilir. Bundan əvvəlki illərdə aprel ayları adətən yağışlı, sərin keçirdi.
Axar.az xəbər verir ki, ekoloq alim Telman Zeynalov Globalinfo.az-a açıqlamasında havaların isti keçməsinin iqlimə mənfi təsir etməyəcəyini bildirib.
“Fevralın sonuna qədər hava isti keçdi, həmin ayın sonundan martın ortalarına kimi isə soyuq oldu, qar və yağış yağdı. Bu da ondan xəbər verir ki, biz artıq zamanla yaz fəslini itirir, qışdan birbaşa yaya keçirik”, - o deyib.
T.Zeynalov fəsillərin yavaş-yavaş sıradan çıxma səbəbini açıqlayıb:
“Karbon qazı nə qədər çox artarsa, o qədər də qış aradan çıxmış olar. Yəni karbon qazının artması qışın və yazın, eləcə də payızın aradan çıxmasına səbəb olur. Ortada bir tək yay fəsli qalır. Havaların isti olmasının da heç bir təhlükəsi yoxdur. Əksinə, məhsullar bol olacaq, yağışsız və susuz qalmayacağıq. Bizim 8400 çayımız var. Ona görə də narahatlığa səbəb yoxdur”.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə

















.jpg)










.jpg)
















.jpg)







