Azərbaycanda Ramazan bayramıdır

Azərbaycanda Ramazan bayramıdır

Martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.

AZƏRTAC xəbər verir ki, bu gün Bakıdakı Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində 09.00-a təyin edilib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata əsasən bildirib ki, bu il Ramazan bayramı Miladi təqvimlə martın 30-na təsadüf edir.

İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda hər il olduğu kimi, bu il də Ramazan bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilir. Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi, ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur: “İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcək”.

Bayram münasibətilə Azərbaycanın bütün məscidlərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki məscidlərdə bayram namazları qılınacaq, şəhidlərimizin ruhlarına dualar oxunacaq.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az