Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə keçirilən kütləvi aksiyaları işıqlandıran "Sözcü" telekanalına 10 günlük yayım qadağası tətbiq edib.
Teleqraf xəbər verir ki, tənzimləyici orqan telekanalın bəzi şərhlərini ictimai nifrət və düşmənçiliyi qızışdırmağa çağırışlar kimi qiymətləndirib.
Bundan əlavə, “Halk TV” və “Tele 1” telekanallarına aid beş proqramın yayımına qadağa qoyulub və inzibati cərimələr tətbiq edilib. "NOW TV" və "Ak ll" telekanallarına da cərimələr kəsilib. Bu addımlar İstanbul bələdiyyə sədrinin təmsil olunduğu ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl tərəfindən sərt şəkildə pislənilib. Özəl telekanalların qadağan edilməsi qərarını demokratik normaların və senzuranın kobud pozulması kimi dəyərləndirib.
Xatırladaq ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində müxalifətin İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişləri keçirilib, ən böyükləri İstanbul, Ankara və İzmirdə baş tutub. Aksiyalar zamanı tez-tez polislə toqquşmalar baş verib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, mitinqlərdə asayişi pozan 1800-dən çox etirazçı saxlanılıb, 260-ı isə nəzarətə götürülüb.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə

















.jpg)










.jpg)
















.jpg)







