Rusiya Federasiyasının Birinci Kanalının hərbi müxbiri Anna Prokofyeva Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin Demidovka kəndində redaksiya tapşırığını yerinə yetirərkən həlak olub. Onun həmkarı, operator Dmitri Volkov da yaralanıb.
Birinci Kanalın mətbuat xidməti hərbi müxbiri Anna Prokofyevanın ölümünü təsdiqləyib.
Kursk vilayətinin başçısı vəzifəsini icra edən Aleksandr Xinşteynin sözlərinə görə, Dmitri Volkov mina partlayışı alıb, üzündən, qolundan, sol əlindən, ayaqlarından və yuxarı tənəffüs yollarından yanıqlar alıb. O, süni nəfəs aparatına qoşulub və təcili olaraq Kursk Regional Xəstəxanasına aparılır. "Vəziyyəti ağırdır - həkimlərimiz onun həyatını xilas etmək üçün mümkün və mümkün olmayan hər şeyi edəcəklər!". O vurğulayıb ki, zərurət yaranarsa, jurnalist müalicə üçün Moskvaya aparılacaq.
Prokofyevanın 35 yaşı var idi və 36 yaşına az qalmış dünyasını dəyişdi. Qadın RUDN Universitetinin “jurnalistika” fakultəsini bitirib, ispan dilini mükəmməl bilirdi və “Rossiya Seqodnya” agentliyinin ispan redaksiyasında işləyib. 2023-cü ildən Birinci Kanalda işləyir və müharıbə zonasından reportajlar verirdi.
Xatırladaq ki, bundan əvvəl Rusiya KİV-lərinin üç əməkdaşının – “İzvestiya”nın müxbiri Aleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru və sürücüsü Andrey Panov və Aleksandr Sirkelinin ölümü martın 24-də məlum olmuşdu.Müxbir Qoldin də yaralanaraq xəstəxanaya yerləşdirilib.
Almaz Həsənli
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































