24 mart 2025-ci il tarixində Rusiya Federasiyasının media subyektlərinin əməkdaşları – “İzvestiya” qəzetinin hərbi müxbiri Аleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun sürücüsü Аleksandr Sirkeli həlak olmuş, “Zvezda” telekanalının müxbiri Nikita Qoldin isə ağır yaralanmışdır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baş vermiş hadisədən kədərləndiyini bildirir, vəzifə borclarını yerinə yetirərkən həyatını itirmiş media nümayəndələrinin yaxınlarına, Rusiyanın media ictimaiyyətinə başsağlığı verir və yaralanmış jurnalistin tezliklə sağalmasını arzulayır.
Bildiririk ki, münaqişə zonalarında çalışan jurnalistlərin təhlükəsizliyinin təmin olunması mühüm şərtdir.
Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan mediası da dəfələrlə bu kimi itkilərə məruz qalmışdır. Belə ki, 1991-ci ildə “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərovanın qətlə yetirilməsindən başlamış 2021-ci ildə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minaya düşərək həyatlarını itirmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun həlak olmasına qədər Azərbaycan mediası çoxsaylı qurbanlar vermişdir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlərin harada çalışmasından asılı olmayaraq, xüsusən də qaynar münaqişə zonalarında təhlükəsiz şəraitdə informasiya almaları üçün lazımi mühitin yaradılmasını vacib hesab edir.
Azərbaycanpolisi.az
Onlayn kazino təşkil edən gənc qadın saxlanıldı
Azərbaycanda vəzifəli xanım faciəvi şəkildə öldü
Müşfiq Abbasov azadlığa çıxdı
Ötən gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
Şahin Şıxlınskiyə 22 il həbs cəzası verildi
Sumqayıtda kişi həyat yoldaşını öldürüb
Paşinyan: Ümid edirəm, tezliklə Ermənistandan Azərbaycana mallar ixrac olunacaq
Mingəçevirdə işçini elektrik cərəyanı vuraraq öldürdü
















































