Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
Oxuməni.az “Minval.az”a istinadla xəbər verir ki,Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıb. Onlardan 15 kiloqram marixuana aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, onlar narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından alıblar.
Bundan başqa, idarənin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncəradi kəndi ərazisində otlaq sahəsinə baxış zamanı pilotsuz uçan aparata əlavə edilmiş bağlamada 10 kiloqram marixuana aşkar edilib.
Bu faktlar əsasında cinayət işi açılıb, araşdırma aparılır.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə

















.jpg)










.jpg)
















.jpg)







