Baş Prokurorluq cinayət işi açılan və barələrində axtarış elan edilən şəxslərə istintaqa çağırış vərəqi göndərir. Maraqlıdır, bir neçə ildir axtarışda olan və CM-in konkret maddələri ilə cinayət işi açılmış şəxslərə istintaqa çağırışın göndərilməsinin məntiqi nədir?
Vəkillər Kollegiyasının üzvü Vüsal Cəfərov Teleqraf-a açıqlamasında bunun müvafiq qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə bağlı olduğunu bildirib.
Vəkilin sözlərinə görə, hazırda istintaqa dəvət edilən şəxslərə yeni qanunvericiliyin tələbinə uyğun çağırış və məlumat-bildiriş göndərilir:
“2024-cü ilin əvvəlində Cinayət-Prosessual Məcəlləsinə əlavə olunan prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsilə əsasən, istintaqdan yayındıqları üçün barələrində məhkəmə qərarı ilə axtarış elan edilmiş şəxslər haqqında qiyabi icraat aparıla bilər. Qiyabi icraatın əsas məqsədi budur ki, həmin şəxsin istintaq və məhkəmədən yayınmasının qarşısı alınsın, bütövlükdə cinayət işinin araşdırılmasına mane olmasın”.
V.Cəfərov qiyabi icraatın mahiyyətini belə izah edib:
“Kimsə dələduzluq ittihamı ilə axtarışdadır, lakin illərlə xaricə qaçdığı üçün onun istintaq orqanına cəlb olunması mümkün olmur. Bu halda dövlət orqanları bütün vasitələrlə onu axtarmağa çalışırlar, amma heç bir nəticə olmursa, hazırda qanun müəyyən şərtlər əsasında həmin şəxsə qarşı cinayət işini qiyabi qaydada davam etdirməyə imkan verir”.
Hüquqşünasın sözlərinə görə, bütün axtarış, çağırış tədbirləri nəticə vermirsə, istintaq orqanı (təqsirsizlik prezumpsiyasına riayət etməklə) çağırış barədə informasiyanı İctimai televiziya, radio vasitəsi ilə yayır, eləcə də rəsmi internet səhifəsində yerləşdirir:
“Bu, o deməkdir ki, artıq sonuncu cəhddir. Ya şəxs özü ortaya çıxsın, ya da xəbəri olsun ki, barəsində qiyabi proses başlayacaq”.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
