Bu gün Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının (DQ) yaradılmasının 33 ili tamam olur.
1991-ci ilin dekabrında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Bakı şəhərindəki Daxili Qoşunlarının 5-ci diviziyası ləğv edilərək, ümumi qüvvəsi 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Bilacərı qəsəbəsində yerləşən hərbi hissənin bazasında Azərbaycan Daxili Qoşunlarının yaradılmasına başlanılıb.
1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt və Gəncədə yerləşən hissələrinin hərbi qulluqçuları Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə erməni işğalçılarına qarşı hərbi əməliyyatlara başlayıblar. Birinci Qarabağ müharibəsi zamanı DQ döyüşçüləri Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq və Gülyataq kəndlərində vuruşmuşlar. DQ hərbçiləri arasında ilk şəhidlər çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov və baş leytenant Ruber Səfərəliyev olub. İlk döyüş günü - 12 mart Daxili Qoşunlar Günü hesab olunur.
Müvafiq fərman Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalayıb.
Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Ağdam Daxili Qoşunları Alayının şəxsi heyəti tərəfindən müdafiə olunub.
Ümumilikdə 1992-1994-cü illərdə Daxili İşlər Nazirliyinin 680 hərbi qulluqçusu şəhid olub, 5 nəfər itkin düşüb, 1177 nəfər yaralanıb. Doqquz nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, onlardan səkkizi ölümündən sonra.
Hərbi qulluqçular 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi zamanı da döyüşüblər.
Vətən müharibəsinin ilk günlərindən hərbi qulluqçular Murovdağ, Cəbrayıl və Füzuli rayonlarının, Hadrut kəndinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə iştirak ediblər. Cəmi 44 gün ərzində DİN-in 66 hərbi qulluqçusu döyüşlərdə şəhid olub, 346-sı yaralanıb, dörd nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, o cümlədən biri ölümündən sonra.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı daxili qoşunların 12 hərbi qulluqçusu şəhid olub.
Döyüşdə həlak olan bir çox igid oğulların qəhrəmanlığı və şücaəti yüksək qiymətləndirilib, adları əbədiləşdirilib. Məktəblər və küçələr onların şərəfinə adlandırılıb.
Daxili İşlər Nazirliyinin tabeliyində olan Daxili Qoşunlar Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə daxil olan hərbi birləşmədir.
Daxili işlər orqanları onlara həvalə edilmiş vəzifələri yerinə yetirərək şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını cinayət və digər hüquqazidd əməllərdən qoruyur.
Hazırda Daxili Qoşunların hərbi hissələri Azərbaycanın beş şəhərində və doqquz rayonunda dislokasiya olunub. Bundan əlavə, əsasən gizir və zabitlərdən ibarət doqquz xüsusi təyinatlı dəstəsi var.
2013-cü il noyabrın 15-dən Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov, 15 fevral 2018-ci ildən isə Baş Qərargah rəisi general-mayor Tofiq Hüseynovdur.
Azerbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































