Ermənistan nümayəndə heyəti Vera Varaşakovna Aqasyanın cəsədinin köçürülməsi məsələsinə məhəl qoymur.
APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı ilə bağlı qiymətləndirmə hesabatının təqdimatında deyib.
“Ötən il oktyabrın 20-də Xankəndi şəhərində xəstəlikdən dünyasını dəyişən Vera Varaşakovna Ağasyanın (1954-cü il təvəllüdlü) erməni tərəfi və övladları onun vəfatı barədə BQXK vasitəsilə məlumatlandırılıb, meyitin təhvil verilməsi üçün bütün lazımi sənədləşmə prosedurları həyata keçirilib, bu ilin fevralında bu məsələ Ermənistanın sərhədyanı nümayəndə heyətinin iştirakı olmadan keçirilən görüş zamanı diqqətə çatdırılıb. Lakin Ermənistan tərəfi 5 aya yaxındır ki, meyitin təhvil verilməsi ilə bağlı məsələyə cavab vermir”, - deyə Şərafət Həsənov bildirib.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə


















.jpg)










.jpg)
















.jpg)






