İvanişvilinin keçmiş meneceri Ermənistana qaçdı

İvanişvilinin keçmiş meneceri Ermənistana qaçdı

Georgi Baçiaşvili barəsində Ermənistanla sərhədi qanunsuz keçməyə görə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Gürcüstanın “Birinci kanal”ı məlumat yayıb. Qərarı bir neçə dəqiqə əvvəl Tiflis Şəhər Məhkəməsinin hakimi elan edib.

Qeyd edək ki, dünən Georgi Baçiaşvili sosial şəbəkələrdə Gürcüstanı tərk etdiyini açıqlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq müəyyən edib ki, Baçiaşvili martın 2-də sərhəd-keçid məntəqəsindən yan keçməklə, avtomobilin xüsusi yerində gizlənməklə gizli şəkildə Gürcüstanın dövlət sərhədindən keçib. Ermənistan sərhəd-keçid məntəqəsində isə o, adına verilmiş Rusiya Federasiyası vətəndaşlığını təsdiq edən pasportu təqdim edib və nəticədə Ermənistana daxil olub.

Gürcüstan mediasının məlumatına görə, Georgi Baçiaşvili Gürcüstanda iki işdə ittiham olunur. Onlardan biri bitkoinlərin oğurlanmasına, digəri isə Mtkvari SES işinə aiddir. Hər iki halda o, zaminə buraxılıb.

O, milyarder və hakim Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişvilinin fondunun meneceri vəzifəsini tutub. Baçiaşvili Bidzina İvanişvilinin 8 253.13 bitkoinini (hazırkı dəyəri 200 milyon dollardan çox) mənimsəməkdə ittiham edilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az