Bakı metrosunun "Nizami" stansiyası qarşısında qeyri-etik hərəkətlər edən şəxs həbs olunub.
"Qafqazinfo" xəbər verir ki, hadisə fevralın 20-də baş verib.
Belə ki, sərxoş halda stansiyaya daxil olmağa çalışan şəxsi metronun girişində xidmət aparan polislər içəri buraxmayıb. Daha sonra o, insanların sıx olmasından istifadə edərək növbəti dəfə stansiyaya daxil olmaq istəyib və yenidən oradan kənarlaşdırılıb.
Bundan sonra həmin şəxs insanların kütləvi hərəkət etdiyi "Nizami" metro stansiyasının qarşısında təbii ehtiyacını ödəməyə başlayıb.
Vətəndaşların şikayətindən sonra o saxlanılaraq polis idarəsinə aparılıb və ekspertizadan keçirilib.
Quba rayon sakini, 1976-cı il təvəllüdlü E.Mehdiyevin (şərti soyadlı) sərxoşluğu təsdiqlənib və barəsində protokol tərtib edilib. Protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilən şəxs ifadəsində törətdiyi əməli etiraf edib. O, acqarına bir litr araq içdiyini bildirib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə E.Mehdiyevə 25 sutka inzibati həbs verilib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
