Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 210 nəfərə çatıb.
Oxuməni.az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
"Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra Birinci Qarabağ müharibəsində vətəndaşlarımızın itkindüşmə faktı ilə bağlı Dövlət Komissiyasına yeni müraciətlərin sayı artıb. Bu müraciətlər eyni zamanda, Xocalı soyqırımı zamanı yaxınları itkin düşmüş şəxslər tərəfindən də edilir. Deyə bilərəm ki, 2024-cü ildə edilmiş müraciətlərin araşdırılması nəticəsində daha 13 vətəndaşımızın Xocalı soyqırımı zamanı itkin düşməsi faktı müəyyən edilib və onlar müvafiq qaydada itkin düşmüş şəxs kimi qeydiyyata alınıblar", - Eldar Səmədov vurğulayıb.
O qeyd edib ki, 01.02.2025-ci il tarixə olan məlumata əsasən, Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyanın qeydiyyatındadır: "Onlardan 168 nəfəri mülki, 42 nəfəri hərbçidir. Mülki şəxslərdən 38 nəfər uşaq - 23 oğlan və 15 qız, 57 nəfər qadın - 15 nəfəri ahıl yaşlı qadın, 30 nəfər qoca da var. İtkin düşmüş 210 nəfərdən 95 nəfərinin işğal zamanı əsir-girov götürülməsi və saxlanmasına dair şahid ifadələri var".
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
