Bələdiyyələrin fəaliyyətində rast gəlinən nöqsanlar bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi və digər məsələləri əhatə edir.
"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan 2024-cü il üzrə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"də öz əksini tapıb.
Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.
Məruzədə bildirilib ki, təhlillərin nəticələrinə əsasən yerli özünüidarəetmə fəaliyyətində yol verilən nöqsanlar bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi faktlarıdır.
Bundan başqa, nöqsanlar arasında bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi, bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi, bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi var.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
