Ağdaşda xırdabuynuzlu heyvanların örüş sahəsindən naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 34 yaşlı Elcan Musayev və 29 yaşlı Araz Mansırov saxlanılıb.
Onlar oğurladıqları heyvanları Bakı şəhərinə apararaq orada restoranlardan birinə satdıqlarını bildiriblər. Araşdırmalarla E.Musayevin Gədəbəy rayonunda törətdiyi analoji əməlinə görə axtarışda olduğu müəyyən edilib.
Polis əməkdaşlarının rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar nəticəsində isə 5 nəfər - Aqşin Əzizov, Hafiz Paşayev, Namiq Abidov, Tərlan Mikayılov və Müşviq İbrahimov saxlanılıb. Onlardan çəkisi 2 kiloqrama yaxın marixuana aşkarlanıb.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




