Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib ki, Bakı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətini dayandırdığı barədə Vaşinqtonu xəbərdar edib.
Bunu APA-nın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
“USAİD-in ölkədə fəaliyyət göstərməsi üçün heç bir hüquqi əsasın olmaması və fəaliyyətini dayandırması barədə bildiriş rəsmi olaraq Amerika tərəfinə göndərilib”, - o qeyd edib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə keçirdiyi birgə mətbuat konfransında de-yure 2024-cü il iyunun 1-dən USAİD-in Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir hüquqi əsas olmadığını bildirmişdi. “Onların fəaliyyətini dayandırmağın vaxtıdır. USAID-in Azərbaycanda daha çox iştirakına və təmsilçiliyinə ehtiyac yoxdur və onların fəaliyyətinin tam dayandırılması anı artıq yetişib”, - deyə o qeyd edib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




