Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının birgə keçirdikləri xüsusi əməliyyat nəticəsində Xəzər dənizi vasitəsilə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 13 kiloqramdan artıq narkotik vasitənin və 4400 ədəd həblərin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
Oxuməni.az xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Sumqayıt şəhərində polis və sərhədçilər tərəfindən keçirilən əməliyyat nəticəsində Xəzər dənizinin sahilində İran vətəndaşları 32 yaşlı Qaffar Qızıl və 34 yaşlı Behzat Qaranejat saxlanılıb. Onların idarə etdikləri xüsusi “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıqda , 11 kq 680 qram marixuana, 1 kq 510 qram heroin və 4400 ədəd metadon tableti aşkar edilib. Onlar balıqçılıq fəaliyyəti ilə yanaşı, narkotik qaçaqmalçılığı ilə də məşğul olublar.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




