Bakıda fəaliyyət göstərən “Rus evi” (“Rossotrudniçestvo”) Azərbaycan hüquq-mühafizə orqanlarının gücləndirilmiş nəzarətinə alınıb.
Binanın giriş-çıxışlarına xüsusi nəzarət tətbiq edilib, əraziyə müşahidə kameraları quraşdırılıb. Eyni zamanda, operativ nəzarətin də həyata keçirildiyi ehtimal olunur. Bundan başqa, araşdırmalar nəticəsində məlum olub ki, “Rus evi”nin Azərbaycanda rəsmi dövlət qeydiyyatı mövcud deyil. Bu fakt, indiyə qədər müvafiq qurumların diqqətindən yayınsa da, belə bir mərkəzin hüquqi əsaslar olmadan fəaliyyət göstərməsi, qanunvericiliyə uyğun olaraq onun bağlanmasını tələb edir.
“Rus evi”nin fəaliyyəti ilə bağlı ciddi suallar yaranır. USAID-in fəaliyyəti kimi, bu təşkilatın da formal olaraq “humanitar layihələr” və “yumşaq güc” prinsipləri adı altında başqa məqsədlər güddüyü ehtimal edilir. Qeyd edək ki, USAID-in rəhbəri Samanta Pauer Azərbaycana və Türkiyəyə qarşı açıq düşmən münasibəti ilə tanınır. O, həmçinin hazırda terrorizm də daxil olmaqla bir sıra ağır cinayətlərə görə məhkəmə qarşısına çıxarılan Ruben Vardanyanla yaxın əlaqələrə malikdir.
Qeyd edək ki, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovdur. O, 1990-cı il 20 Yanvar hadisələrinin əsas təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsidir. Məhz Primakovun rəhbərliyi ilə sovet qoşunları Bakıda dinc əhaliyə qarşı qanlı qırğın törədib. Azərbaycan ictimaiyyəti və ekspertləri hesab edirlər ki, Bakıda qeyri-qanuni fəaliyyət göstərən təşkilatlarla bağlı addımların atılması və onların əsl məqsədlərinin araşdırılması vacibdir.
Azərbaycanpolisi.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































