ABŞ Ədliyyə Nazirliyi Rusiyadan “JPMorgan Bank”-da açılan hesablara daxil olan 2 milyard dolları dondurmaq qərarına gəlib. Bu məlumatı “The Wall Street Journal” adı açıqlanmayan mənbələrin verdiyi məlumata əsasən dərc edib.
Onların sözlərinə görə, bu vəsait Türkiyədə “Akkuyu” ilk atom elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulub. Plana uyğun olaraq, “Qazprombank” bu layihə üçün 9 milyard dollar kredit ayırmalı idi. 2022-ci ilin yayında “Citi” vasitəsilə “Türkiyə dövlət bankı Ziraatdakı atom stansiyası hesabına” 3 milyard dollar, “JPMorgan” vasitəsilə isə əlavə olaraq 2 milyard dollara yaxın vəsait köçürülüb. 2 milyard dollar həcmində növbəti tranş da gözlənilirdi, lakin ABŞ Ədliyyə Nazirliyi bu vəsaitləri dondurmaq qərarına gəlib. Nəşr qeyd edir ki, pulun bir hissəsi hesabları “Ziraat” bankında olan Rusiya şirkətlərinə göndərilə bilərdi.
2024-cü ildə Ədliyyə Departamenti bu məbləği müsadirə etməyi nəzərdən keçirirdi. Qəzet yazır ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə administrasiya Türkiyə ilə münasibətlərə xələl gətirməmək üçün vəsaiti dondurmağa üstünlük verib.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




