Fevralın 1-də Ştutqartdakı “Mersedes-Benz” muzeyində keçirilən “RM Sotheby’s” auksionunda 1954-cü ildə hazırlanmış qapalı təkərli versiyada – “Stromlinienwagen” – “Mersedes-Benz W 196 R" yarış maşını satılıb.
Axar.az xəbər verir ki, lotun qiyməti 51 155 000 avro (53 917 370 dollar) olub. Bu, “Mersedes-Benz W 196 R”-i tarixdə ən bahalı Qran Pri avtomobili edir. Həmçinin dünyada ikinci ən bahalı avtomobil olub.
Hərraca çıxarılan “Mersedes-Benz W 196 R” (seriya nömrəsi 00009/54) 1954-cü ildə – ilkin olaraq açıq təkərlərlə istehsal edilib. Bu avtomobillə Xuan Manuel Fanqio 1955-ci il Formula-1 mövsümünün ilk turu olan Argentina Qran Prisinin qalibi olub.
Avtomobil daha sonra qapalı təkərləri olan daha aerodinamik kuzovla yenidən qurulub və bu formada 1955-ci ildə İtaliya Qran Prisində Stirling Moss tərəfindən idarə olunub. Britaniyalı finiş xəttinə çata bilməyib, lakin yarışın ən sürətli dövrəsini təyin edib. 1965-ci ildə avtomobil “Indianapolis Motor Speedway” muzeyinin kolleksiyasına təhvil verilib və hərraca qədər orada saxlanılıb.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




