Həbsdə olan sabiq icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir

Həbsdə olan sabiq icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı məhkəməyə müraciət edib.

"Report" xəbər verir ki, müraciət Nizami rayon Məhkəməsində icraata götürülüb.

Keçirilən prosesdə Mahir Quliyevin müraciətinin geri götürdüyü elan edilib. O bir müddət sonra yenidən müraciətini təkminləşdirib, daha sonra məhkəməyə yenidən ərizə verəcəyini qeyd edib.

Qeyd edək ki, M.Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

Şirvan Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlanılıb.

Ali Məhkəmədə isə Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az