Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 11 fakt aşkarlanıb. Mülkiyyət eleyhinə və digər cinayətlər törətdiklərinə görə axtarışda olan 11 nəfər saxlanılıb, “isti izlərlə” 31 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 162, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 63 fakt aşkarlanıb, mülki axtarışda olan 22 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 6, avtoxuliqanlıq hərəkətlərinə yol verən və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 23, dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Məlumatı mia.gov.az yayıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
