Öncədən xəbər verildiyi kimi, yanvarın 18-də İmişli şəhərində şəxsi “Mercedes-Benz” markalı avtomobil və “BMW” DYP avtomobilinin iştirakı ilə baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Cinayət Məcəlləsinə müraciət edilib, ibtidai istintaq aparılır.Bu barədə Oxuməni.az “1news.az”a istinadən xəbər verir.
İlkin istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı quldurluq məqsədi olmadan qohumuna məxsus “Mercedes-Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili qaçıraraq, idarə etdiyi avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün hüqüqunun olmaması halda idarə edib. Şübhələr yaranıb ki, B.Bayramlı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, ehtiyatsızlıqdan iki nəfərin ölümünə və digər şəxsin sağlamlığına ağır zərər vurmasına səbəb olan B.Bayramlının avtomobili hadisə yerində qoyaraq qaçıb.
B.Bayramlı 263-1.4-cü ("Soyğunçuluq məqsədi olmadan qanunsuz olaraq avtomobili götürmə"), 263-1.4-cü ("Nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin və ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olması maddələri ilə ittiham olunur.”) və AR CM-nin 264-cü (“Qəza hadisəsi yerindən qaçma”) maddələri ilə cinayət işi açılıb.
Müstəntiqin təqdimatı və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun təklifi ilə İmişli Rayon Məhkəməsi B.Bayramlı barəsində həbs-qətimkan tədbiri seçib.
İbtidai istintaq davam edir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




