İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış “Starship” kosmik gəmisi ilə super ağır raketin yeddinci sınaq uçuşu uğursuzluqla başa çatıb. Bu barədə cümə axşamı, yanvarın 16-da tərtibatçı “SpaceX” şirkəti məlumat yayıb.
Raket yanvarın 16-da ABŞ-ın Texas ştatındakı Boka Çika kosmodromundan buraxılıb.
“Super Heavy”-nin təkrar istifadə edilə bilən ilk mərhələsi gəmini orbitə çıxarıb, bundan sonra o, uğurla Yerə qayıdıb və buraxılış meydançasına enib. Üst pillədə problemlər yaranıb: ayrıldıqdan sonra üzərindəki altı mühərrikin hamısı işə düşüb, lakin sonra gəmi ilə əlaqə kəsilib və o, qəzaya uğrayıb.
Milyarder İlon Maskın “SpaceX” şirkəti bildirib: “İlkin əlamətlər gəminin arxa hissəsində yanğının baş verdiyini və bunun nəticəsində dağıntıların Atlantik okeanına düşməsi ilə sürətli, planlaşdırılmamış parçalanmaya səbəb olduğunu göstərir. Onlar qeyd ediblər ki, artıq qəzanın səbəblərini araşdırırlar və səkkizinci buraxılışa hazırlaşırlar.
İlkin məlumatlara görə, nasazlığa gəmidə yanacaq sızması səbəb olub. Mask gələcəkdə belə halların qarşısını almaq üçün gəminin dizaynında dəyişikliklər ediləcəyini bildirib.
Səkkizinci “Starship” gəmisinin buraxılışı fevral ayına planlaşdırılır.
“Starship” gəmisi tarixdəki ən böyük və ən güclü raketdir. “SpaceX”-in məlumatına görə, gəmi insanları və yükləri aşağı Yer orbitinə, Aya və Marsa çatdıra biləcək. Sistemin ümumi təxmini qaldırma qabiliyyəti 150 tondur.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
