Rusiyanın Moskva Şəhər Məhkəməsi “qanuni oğru” Vyaçeslav İvankovun (Yaponçik) qətlinin təşkilatçısı İlya Simoniyanı qiyabi olaraq 21 il müddətinə maksimum rejimli həbsxanaya məhkum edib.
Lent.az bildirir ki, kütləvi informasiya vasitələrində “qanuni oğru” Maho adlandırılan Simoniya, mütəşəkkil dəstə tərəfindən muzdluluq və ya muzdla adam öldürmə maddəsi ilə təqsirli bilinib.
Məhkəmə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verildiyi üçün onun iştirakı olmadan keçirilib.
Qeyd edək ki, İvankov 2009-cu il iyulun 28-də Xoroşevskoye şossesində restoranın yaxınlığında ağır yaralanıb və aldığı xəsarətlərdən həmin il oktyabrın 9-da dünyasını dəyişib.
Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən müəyyən edilib ki, qətlin motivi “Simoniyanın naməlum şəxslərin vəd etdiyi “qanuni oğru” statusunun qaytarılması” olub.
Azərbaycanpolisi.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































