Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.
Xətai rayonu ərazisində keçirilən növbəti tədbir nəticəsində əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 42 yaşlı Seymur Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 33 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Bu şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə Biləsuvar rayonu ərazisindən əldə edib və Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Paytaxt və bölgələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşları tərəfindən fasiləsiz davam etdirilir.
Məlumatı mia.gov.az yayıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
