2025-ci il xərçəngə qarşı peyvəndin yaradılmasında sıçrayış ili ola bilər. Bu barədə Britaniyanın “The Economist” qəzeti yanvarın 4-də alimlərə istinadən yazıb. Nəşr yazır ki, onkologiyaya qarşı peyvəndlər, nəhayət, öz effektivliyini göstərdi, sınaqlar dəri, beyin və ağciyər şişlərinə qarşı aparılır.
Materialda deyilir: "Ümid edilir ki, xərçəng peyvəndləri kimyaterapiya və ya cərrahiyyə kimi daha invaziv müalicələrə ehtiyacı azaldacaq dərəcədə irəliləyəcək".
“The Economist” 19-cu əsrin sonlarında əməliyyat oluna bilməyən xəstələri müalicə etmək üçün öldürülmüş bakteriyalara əsaslanan peyvənddən istifadə etməyə başlayan Nyu-York cərrahı Uilyam Kolinin müşahidəsindən yazır. O, infeksiyanın xərçənglə mübarizə aparmaq üçün immunitet sistemini işə sala biləcəyinə inanırdı.
“Onun sağlığında mübahisəli olan bu fikir 1950-ci illərə qədər elm adamları arasında geniş qəbul olunmadı. Bu gün, şişləri tanımaq və onların yayılması ilə mübarizə aparmaq üçün immunitet sistemini öyrətmək məqsədi daşıyan "xərçəng vaksinləri" kimi tanınan yeni nəsil müalicələr yaratmaq üçün səylərə təkan verir,”- məqalədə deyilir.
Jurnalistlər qeyd ediblər ki, vaksin yaratmaq üçün elm adamlarına şiş nümunələri lazımdır. Bundan sonra mütəxəssislər onun genomunu sıralayır (Lat.sequentum – ardıcıllıq.-red.) və genetik mutasiyaların bütün variantlarını axtarırlar.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
