Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi ölkəyə narkotik keçirməyə cəhddə ittiham olunan 6 İran vətəndaşına qarşı çıxardığı ölüm hökmünün icra edildiyi bildirib.
“İran vətəndaşları Qasim Məhəmməd Şabani, Əbdürrza Yunus Tenkasiri, Xəlil Şəhid Səmri, Məhəmməd Cavad Əbdülcəlil, Mehdi Kənan Qanimi və Hur Məhəmməd Şabani krallığa narkotik keçirməyə cəhd ediblər”, – Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA” Daxili İşlər Nazirliyinə istinadən bildirib.
Açıqlamada aydınlıq gətirilir ki, təqsirləndirilən şəxslər saxlanılaraq, məhkəmənin hökmü ilə təqsirli bilinərək ölüm cəzasına məhkum ediliblər. Səudiyyə Ərəbistanı hakimiyyətinin göstərişi ilə hökm icra edilib.
İranın dövlət xəbər agentliyi “İRNA”-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Tehrandakı səfiri Abdullah bin Səud əl-Anezini edamlarla bağlı “sərt ifadəli” etiraz notası təqdim etmək üçün Xarici İşlər Nazirliyinə çağırıb.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




